12px13px15px17px
Tarix:16/10/18

“Android” sisteminin idarəetməsi altında işləyən ən kiçik smartfon təqdim edilib

2010-cu ildə cib kompüterləri istehsal edən “Palm” şirkəti “Hewlett-Packard” şirkəti tərəfindən satın alındıqdan sonra fəaliyyətini dayandırmışdı və 2014-cü ildə Çinin “TCL Corporation” şirkəti sözügedən brend üzərində hüquqa yiyələnmişdi.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, ötən il San-Fransiskoda fəaliyyət göstərən startap “Palm” brendi üzərində hüquqa yiyələnib və indi həmin startap “Android” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən “Palm” smartfonunu təqdim edib.
 
“The Verge” nəşrinin redaktorunun sözlərinə görə, 3,3 düymlük diaqonala malik bu miniatür qurğu görünüşcə “iPhone”nun miniatür versiyasını xatırladır. Smartfon “Qualcomm Snapdragon 435” prosessoru, 3 QB-lıq əməli yaddaş və 32 QB-lıq daxili yaddaşla təchiz edilib. “IP68” standartı üzrə toz və suya qarşı dayanıqlı olan “Palm” qurğusu “Android 8.1” sisteminin idarəetməsi altında işləyir.
 
Həmçinin “Palm” smartfonu 12 meqapiksellik əsas, 8 meqapiksellik ön kameralar, “USB Type-C” konnektoru, 800 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qurğunun ölçüləri 50x97x7,4 mm, çəkisi 62,5 qram təşkil edir.
 
Emil Hüseynov





Baxış sayı: 497

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Dekabr 2024

26 12 2024