Tarix:19/10/18
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, korporativ proqram təminatı İT seqmentində ən sürətlə inkişaf edən istiqamətdir. 2018-ci ildə müəssisələrə proqram təminatının satışından əldə olunan məbləğ 9,9% yüksələrək 405 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə 8,3%-lik artım (439 milyard dollar) gözlənilir.
İT xidmətləri seqmentində daha yüksək artım gözlənilir. 2018-ci ildə bu istiqamətdə qlobal xərclər 5,9% yüksələrək 987 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə isə bu göstərici 1 trilyon dolları (+4,7%) ötəcək.
2018-ci ildə fərdi kompüter, planşet və mobil telefonlar daxil olmaqla qurğuların satın alınması 3,6% yüksələrək 689 milyard dollar, gələn il isə bu göstərici daha 2,4% artaraq 706 milyard dollar təşkil edəcək. Analitiklər belə hesab edirlər ki, korporativ sektor tərəfindən fərdi kompüterlərə tələbat 2020-ci ilədək artmağa davam edəcək. Lakin “Gartner”, həmçinin “Intel”in istehsalı olan prosessorların defisitinə görə qısamüddətli mənfi nəticənin qeydə alınması haqda xəbərdarlıq edib.
Bu il və gələn il rabitə xidmətləri informasiya texnologiyaları bazarının ən iri seqmenti olaraq qalacaq. Bu istiqamətdə xərclər müvafiq olaraq 1,43 və 1,44 trilyon dollar səviyyəsində gözlənilir.
Emil Hüseynov
2019-cu ildə qlobal İT xərcləri 3,8 trilyon dolları ötəcək
2018-ci ildə qlobal informasiya texnologiyaları xərcləri 4,5% yüksələrək 3,7 trilyon ABŞ dollarına yaxınlaşacaq. 2019-cu ildə isə bu göstərici 3,2% artaraq 3,8 trilyon dolları ötəcək. Bu haqda “Gartner” analitik şirkətinin yeni araşdırmasında qeyd edilib.“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, korporativ proqram təminatı İT seqmentində ən sürətlə inkişaf edən istiqamətdir. 2018-ci ildə müəssisələrə proqram təminatının satışından əldə olunan məbləğ 9,9% yüksələrək 405 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə 8,3%-lik artım (439 milyard dollar) gözlənilir.
İT xidmətləri seqmentində daha yüksək artım gözlənilir. 2018-ci ildə bu istiqamətdə qlobal xərclər 5,9% yüksələrək 987 milyard dollara yaxınlaşacaq, 2019-cu ildə isə bu göstərici 1 trilyon dolları (+4,7%) ötəcək.
2018-ci ildə fərdi kompüter, planşet və mobil telefonlar daxil olmaqla qurğuların satın alınması 3,6% yüksələrək 689 milyard dollar, gələn il isə bu göstərici daha 2,4% artaraq 706 milyard dollar təşkil edəcək. Analitiklər belə hesab edirlər ki, korporativ sektor tərəfindən fərdi kompüterlərə tələbat 2020-ci ilədək artmağa davam edəcək. Lakin “Gartner”, həmçinin “Intel”in istehsalı olan prosessorların defisitinə görə qısamüddətli mənfi nəticənin qeydə alınması haqda xəbərdarlıq edib.
Bu il və gələn il rabitə xidmətləri informasiya texnologiyaları bazarının ən iri seqmenti olaraq qalacaq. Bu istiqamətdə xərclər müvafiq olaraq 1,43 və 1,44 trilyon dollar səviyyəsində gözlənilir.
Emil Hüseynov
Baxış sayı: 460
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet