12px13px15px17px
Tarix:19/10/18

“Vertu” yeni smartfonunu təqdim edib

Bahalı telefon və smartfonların istehsalçısı olan “Vertu” uzunsürən fasilədən sonra yeni smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon öz texniki xüsusiyyətlərinə görə orta səviyyə kateqoriyasına aiddir. Buna baxmayaraq, sözügedən smartfon arxa paneldə titan çərçivə və dəri daxil olmaqla bahalı materiallarla işlənib. Ənənəvi olaraq aparat Böyük Britaniyada əllə yığılıb. “Vertu Aster P” smartfonunu Çinin “JD.com” internet mağazasından ilkin sifariş etmək mümkündür. İşləmədən asılı olaraq qiyməti 5-14 min dollar arasında dəyişir.
 
“Vertu Aster P” aparatı “Qualcomm Snapdragon 660” prosessoru, 6 QB-lıq əməli yaddaş, 128 QB-lıq daxili fləş yaddaş, “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 4,9 düymlük “AMOLED” displey, 12 meqapiksellik əsas və 20 meqapiksellik ön kameralar, 3200 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. İkizolaqlı “Wi-Fi”, “Bluetooth 5.0”, “NFC” və iki “SİM” kart dəstəklənir.

Emil Hüseynov





Baxış sayı: 518

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024