12px13px15px17px
Tarix:25/10/18

“Nokia” şirkəti “4G” şəbəkəsini dəstəkləyən yeni düyməli telefonunu təqdim edəcək

“HMD Global” şirkəti hər il “Nokia” brendinə məxsus smartfonlarla müqayisədə daha çox telefon satır. Buna görə Finlandiya şirkətinin öz portfoliosuna tez-tez yeni düyməli telefonlar əlavə etməsində təəccüblü heç nə yoxdur. Şirkətin Hindistanda yerləşən bölməsinin direktoru və vitse-prezidenti Ecey Mehta “DNAIndia” nəşrinə müsahibəsində bu planları təsdiq edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Nokia 8110 4G” telefonu kifayət qədər uğurlu oldu və “HMD” şirkəti həmin telefonun varisini təqdim etməyə hazırlaşır. Mehta qeyd edib ki, şirkət “4G” mobil şəbəkəsini dəstəkləyən qabaqcıl telefon üzərində işləyir.
 
Top-menecer bildirib ki, indi belə ucuz qurğulara böyük tələbat mövcuddur və bu, şirkət üçün yaxşı imkandır.
 
Emil Hüseynov





Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024