12px13px15px17px
Tarix:06/11/18

“Xiaomi Mi 9” yeni “Qualcomm” prosessorlu ilk smartfon olacaq

İnternetdə “Xiaomi” şirkətinin buraxmağa hazırlaşdığı yeni qabaqcıl “Xiaomi Mi 9” smartfonu barədə ətraflı məlumatlar dərc olunub.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, məlumata görə, 2019-cu ilin birinci yarısında buraxılacaq “Xiaomi Mi 9” əvvəllər “Snapdragon 855” kimi tanınan “Qualcomm Snapdragon 8150” prosessoru üzərində qurulacaq.

Bildirilir ki, 7 nanometrlik texnoloji proses üzrə hazırlanan “Snapdragon 8150” prosessoru “Qualcomm” şirkəti tərəfindən indiyədək rəsmən təqdim edilməsə də, 2019-cu ilin əksər qabaqcıl smartfonlarının əsasını təşkil edəcək. Bundan başqa, “Xiaomi Mi 9” “Snapdragon 8150” əsasında işləyən ilk smartfon ola bilər.

Bundan əlavə, yeni qurğu 48 meqapikselli “Sony IMX586” sensoruna malik 3 kamera, 6-10 giqabaytlıq operativ yaddaş, ekrana inteqrasiya edilmiş barmaq izi skaneri və simsiz enerjidoldurma funksiyası ilə təchiz ediləcək. Həmçinin “Xiaomi Mi 9” suya və toza qarşı davamlı olacaq.

Nizam Nuriyev





Baxış sayı: 478

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024