12px13px15px17px
Tarix:19/11/18

Yeni texnologiya smartfonların çox qızmasının qarşısını alacaq

Amerikalı mühəndislər tərəfindən hazırlanmış yeni texnologiya smartfon və başqa elektron qurğuların çox qızmasının qarşısını alacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “naukatv.ru” saytına istinadən yazır ki, Stenford Universitetinin rəhbərliyi altında çalışan tədqiqatçılar komandası istiliyi yalnız idarə etməyi deyil, həm də onu elektron qurğuların həssas detallarından kənarlaşdırmağı öyrəniblər. Söhbət elektron komponentlərdən çıxan istini kənarlaşdıra və onları zədələnmədən qoruya bilən termik tranzistordan – nanoölçülü çeviricidən gedir.
 
Uzun illər istilik tranzistorlarını hazırlamağa cəhd edilib. Erkən işləmələr təcrübədə istifadə üçün yaramırdı, çox böyük və çox ləng idilər. Stenford Universitetinin mühəndisləri nazik molibden disulfid qatını tətbiq etməklə  bu maneələrin öhdəsindən gəliblər. Qalınlığı 10 nanometr olan bu material otaq temperaturunda səmərəlidir və müasir elektronikaya inteqrasiya edilə bilər ki, bu da texnologiyanın təcrübədə reallaşdırılması üçün əsas amildir. Ekspertlər nanomiqyas səviyyəsində istiliyin idarəetməsinə nail olduqlarına görə ruhlanıblar və bildirirlər ki, bu texnologiya 70 il bundan əvvəl təqdim edilmiş ilk elektron tranzistorun ixtirası ilə müqayisə edilə bilər.
 
Emil Hüseynov





Baxış sayı: 533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024