Tarix:21/11/18
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "EXPLORER" adlı aparatın hazırlanmasına 7 il vaxt sərf edilib. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası, ancaq istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər 2 texnologiyadan effektivdir.
Məsələn, "3D" skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki positron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. "EXPLORER" qurğusunda şüalanmanın dozası 40 dəfə azdır.
Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləmək qabiliyyətinə malikdir. "EXPLORER" 24 noyabrda Şimali Amerika Radiologiya Cəmiyyətinin konfransında təqdim ediləcək.
Emil Hüseynov
Alimlər bütün bədəni skaner edən ilk qurğu yaradıblar
Kaliforniya Universitetinin alimləri və Çinin "United Imaging Healthcare" texnologiya şirkəti tərəfindən birgə hazırlanmış ilk skaner bir neçə saniyə ərzində insanın bütün bədəninin üçölçülü görüntüsünü əldə edir."ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, "EXPLORER" adlı aparatın hazırlanmasına 7 il vaxt sərf edilib. Qurğu insan bədəninin skan edilməsi üçün 2 texnologiyanı özündə birləşdirir: kompüter və pozitron emmisiya tomoqrafiyası, ancaq istehsalçıların sözlərinə görə, sözügedən qurğu hər 2 texnologiyadan effektivdir.
Məsələn, "3D" skaner 20-30 saniyə ərzində insanın bütün bədəninin görüntüsünü əldə etmək qabiliyyətinə malikdir, halbuki positron emmisiya tomoqrafiyasına ən azı 12,5 dəqiqə tələb olunur. "EXPLORER" qurğusunda şüalanmanın dozası 40 dəfə azdır.
Skaner daxili orqanların üçölçülü görüntüsündən başqa, bədənin daxilində nişanlanmış preparatların hərəkətini izləmək qabiliyyətinə malikdir. "EXPLORER" 24 noyabrda Şimali Amerika Radiologiya Cəmiyyətinin konfransında təqdim ediləcək.
Emil Hüseynov
Baxış sayı: 580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet