Tarix:21/11/18
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, hüquqşünas – bu, insanların robotlar tərəfindən sıxışdırılma riski olan peşədir. Məhkəmədə çıxış və ya müştəriyə məsləhət verilməsi, hələ ki, süni intellekt üçün əlçatmazdır. Amma vəkillər iş vaxtının çox hissəsini məlumatların təhlilinə ayırır və süni intellekt artıq indi bu işi insanlardan daha yaxşı yerinə yetirir.
“LawGeex” startapı sınaq üçün “Goldman Sachs”, “Cisco” və başqa şirkətlərdə işləyən 20 korporativ vəkil dəvət edib. Hüquqşünaslara informasiyanın yayılmaması haqda 5 müqavilə təqdim edilib və onlardan müştəri üçün riskləri qiymətləndirmək xahiş edilib.
Bu tapşırığı həll etmək üçün vəkillərə 51-156 dəqiqə vaxt lazım olub. Vəkillər tərəfindən çıxarılmış qərarın orta dəqiqliyi 85% təşkil edib, vəkillər arasında ən yaxşı nəticə isə 94% olub.
Alqoritm eyni tapşırığı 26 saniyə ərzində yerinə yetirib və onun tərəfindən çıxarılmış qərarın dəqiqliyi 94%-ə bərabər olub.
Emil Hüseynov
Süni intellekt sürət və dəqiqlik üzrə korporativ vəkilləri üstələyib
“LawGeex” startapı süni intellektlə 20 uğurlu vəkil arasında müsabiqə təşkil edib. Süni intellekt tapşırığı daha dəqiq və insandan 100 dəfə daha sürətli yerinə yetirib.“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, hüquqşünas – bu, insanların robotlar tərəfindən sıxışdırılma riski olan peşədir. Məhkəmədə çıxış və ya müştəriyə məsləhət verilməsi, hələ ki, süni intellekt üçün əlçatmazdır. Amma vəkillər iş vaxtının çox hissəsini məlumatların təhlilinə ayırır və süni intellekt artıq indi bu işi insanlardan daha yaxşı yerinə yetirir.
“LawGeex” startapı sınaq üçün “Goldman Sachs”, “Cisco” və başqa şirkətlərdə işləyən 20 korporativ vəkil dəvət edib. Hüquqşünaslara informasiyanın yayılmaması haqda 5 müqavilə təqdim edilib və onlardan müştəri üçün riskləri qiymətləndirmək xahiş edilib.
Bu tapşırığı həll etmək üçün vəkillərə 51-156 dəqiqə vaxt lazım olub. Vəkillər tərəfindən çıxarılmış qərarın orta dəqiqliyi 85% təşkil edib, vəkillər arasında ən yaxşı nəticə isə 94% olub.
Alqoritm eyni tapşırığı 26 saniyə ərzində yerinə yetirib və onun tərəfindən çıxarılmış qərarın dəqiqliyi 94%-ə bərabər olub.
Emil Hüseynov
Baxış sayı: 446
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet