12px13px15px17px
Tarix:21/11/18

Transplantasiya üçün orqanların çatdırılmasında dronlardan istifadə təhlükəsizdir

Pilotsuz uçan aparatlar transplantasiya üçün orqanların çatdırılmasında təhlükəsiz vasitədir. Pilotsuz təyyarə ilə donor böyrəyin 4,8 km məsafəyə daşınması nəticəsində orqan zərər görməyib. Bu haqda Merilend Universitetinin Tibb Mərkəzində çalışan mühəndislərin araşdırmasında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.fm" saytına istinadən yazır ki, transplantasiya üçün orqanların təcili çatdırılması – orqanın pasiyentin bədəninə uğurla nəql edilməsi üçün əsas şərtlərdən biridir. Donor orqan xəstəxanaya gec çatdırıldığı halda pasiyentin orqanizmi tərəfindən onun qəbul edilməməsi ehtimalı artır.
 
Tədqiqatçılar dronlar vasitəsilə orqanların çatdırılmasını sınaqdan keçiriblər. Bunun üçün "DJI Matrice 600 Pro" pilotsuz təyyarəsi vasitəsilə transplantasiya üçün yararsız, ancaq işlək və sınaq üçün uyğun gələn ölmüş insanın böyrəyi daşınılıb.
 
Dron sınaq zamanı 112 metr yüksəkliyə qalxaraq 67,7 km/saat sürətlə 4,8 km məsafə qət edib. Sınaq uğurlu alınıb. Uçuş zamanı və uçuşdan sonra toxuma biopsiyası aşkar edilməyib.
 
Emil Hüseynov





Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Dekabr 2024

24 12 2024