Tarix:30/11/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun və İspaniyanın Saraqosa Universitetinin tədqiqatçıları bildirib ki, onların metodu işıqlandırıcıya malik adi kamera ilə çəkilən realistik həcmli fiqurları effektiv şəkildə canlandırır. Üçölçülü obyektlərin yaradılması üçün ənənəvi üsullar obyektlərin işığı əks etdirmək qabiliyyətini deyil, onların üçölçülü həndəsəsini nəzərə alır. İkişüalı reflektor qabiliyyəti funksiyası obyektin realistik formalarının və xarici görünüşünün əldə edilməsi üçün əsas rol oynayır. Mütəxəssislərin sözlərinə görə, məhz bu yeni texnologiyaya virtual reallıqda çox realistik görünən yüksəkkeyfiyyətli üçölçülü fiqurlar əldə etməyə imkan verir.
Bildirilir ki, adətən üçölçülü modelləşdirmə əllə “3D” modellər ilə həyata keçirilir ki, bu da zəhmətli işdir və xüsusi bahalı avadanlığa ehtiyac duyulur. Obyektlərin həcm və formasını uğurla qeydə alan yeni alqoritm bunun üçün yalnız standart kamera tələb edir. Alimlər tərəfindən metal, ağac, plastik, keramika, qatran, kağız və Nefretitinin detallaşdırılmış büstünün daxil olduğu texnologiyanın işləmə nümunələri nümayiş olunub.
Nizam Nuriyev
Əşyaları virtual reallığa köçürən sadə üsul yaradılıb
Fiziki obyektlərin virtual reallığa köçürülməsi mürəkkəb və çox zəhmət tələb edən işdir. Beynəlxalq proqramçılar qrupu işıqlandırıcıya malik adi rəqəmli kamera vasitəsilə fiziki obyektlərin virtual reallığa replikasiyası üçün yeni metod hazırlayıb.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun və İspaniyanın Saraqosa Universitetinin tədqiqatçıları bildirib ki, onların metodu işıqlandırıcıya malik adi kamera ilə çəkilən realistik həcmli fiqurları effektiv şəkildə canlandırır. Üçölçülü obyektlərin yaradılması üçün ənənəvi üsullar obyektlərin işığı əks etdirmək qabiliyyətini deyil, onların üçölçülü həndəsəsini nəzərə alır. İkişüalı reflektor qabiliyyəti funksiyası obyektin realistik formalarının və xarici görünüşünün əldə edilməsi üçün əsas rol oynayır. Mütəxəssislərin sözlərinə görə, məhz bu yeni texnologiyaya virtual reallıqda çox realistik görünən yüksəkkeyfiyyətli üçölçülü fiqurlar əldə etməyə imkan verir.
Bildirilir ki, adətən üçölçülü modelləşdirmə əllə “3D” modellər ilə həyata keçirilir ki, bu da zəhmətli işdir və xüsusi bahalı avadanlığa ehtiyac duyulur. Obyektlərin həcm və formasını uğurla qeydə alan yeni alqoritm bunun üçün yalnız standart kamera tələb edir. Alimlər tərəfindən metal, ağac, plastik, keramika, qatran, kağız və Nefretitinin detallaşdırılmış büstünün daxil olduğu texnologiyanın işləmə nümunələri nümayiş olunub.
Nizam Nuriyev
Baxış sayı: 523
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet