12px13px15px17px
Tarix:03/12/18

“Amazon” şirkəti “ağıllı” hipermarketlər şəbəkəsi açacaq

“Amazon” şirkəti indi “Amazon Go” supermarketlərində işləyən kompüter görmə texnologiyasını böyük mağazalarda, məsələn, internet şirkətinə məxsus “Whole Foods” hipermarketlər şəbəkəsində tətbiq etməyi planlaşdırır. Bu haqda “The Wall Street Journal” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, beləliklə, yaxın gələcəkdə “Amazon” şirkətinə məxsus bütün mağazalarda kassa, kassir və növbələr olmayacaq. İnsanlar sadəcə lazımi məhsulları götürüb marketi tərk edəcək: sistem alış-verişin məbləğini onların hesabından çıxacaq.
 
Xatırladaq ki, “Amazon” 2018-ci ilin əvvəlində Siyetldə “Amazon Go” adlı ilk tamamilə avtomatlaşdırılmış mağazasını açıb. İlk avtomatlaşdırılmış “Amazon Go” mağazasının açılışı hələ 2017-ci ilin əvvəlinə planlaşdırılmışdı, amma texniki nasazlıqlar səbəbindən bir qədər gecikmə olub.
 
Emil Hüseynov





Baxış sayı: 467

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024