Tarix:07/12/18
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, qanazlığı – insan orqanizmində qeydə alınan pozulmadır və bu zaman qanda eritrosit və hemoqlobinin miqdarı azalır. Qanazlığı xəstəliyi üçün hamiləlik zamanı ağırlaşmalar, tez yorulma və ürək-damar xəstəlikləri xarakterikdir. Dünyada 2 milyarddan çox insan qanazlığı xəstəliyindən əziyyət çəkir.
Qanazlığı xəstəliyi daha çox inkişaf etməkdə olan ölkələrdə yayılıb, malyariya, QİÇS və başqa yoluxucu xəstəliklər, həmçinin, dəmir və vitamin çatışmazlığı ilə ağırlaşır. Qanazlığı xəstəliyinin diaqnostikası qan nümunələri və bahalı laboratoriya avadanlığı tələb edir ki, adətən gəliri az olan kasıb regionların sakinləri üçün əlçatmazdır.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən 337 nəfər və 72 sağlam insanın iştirak etdiyi tədqiqat mobil proqramın səmərəliliyini sübut edib. 4 həftəlik yoxlamanın yekununa görə, kompüter alqoritmləri hemoqlobinin miqdarını tibbi müayinə ilə müqayisədə daha dəqiq müəyyənləşdirib.
Emil Hüseynov
Smartfonun köməyilə qanazlığı xəstəliyinə diaqnoz qoymaq mümkün olub
Corciya Texnologiya İnstitutu və Emori Universitetinin həkimlər qrupu tərəfindən hazırlanmış mobil proqram qanazlığı xəstəliyinə diaqnoz qoymağa imkan verir. Sözügedən mobil proqram sayəsində istifadəçi analizləri vermədən, sadəcə, barmaqlarının şəklini çəkməklə qanazlığı xəstəliyinin simptomlarını asanlıqla aşkar edə bilər.“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, qanazlığı – insan orqanizmində qeydə alınan pozulmadır və bu zaman qanda eritrosit və hemoqlobinin miqdarı azalır. Qanazlığı xəstəliyi üçün hamiləlik zamanı ağırlaşmalar, tez yorulma və ürək-damar xəstəlikləri xarakterikdir. Dünyada 2 milyarddan çox insan qanazlığı xəstəliyindən əziyyət çəkir.
Qanazlığı xəstəliyi daha çox inkişaf etməkdə olan ölkələrdə yayılıb, malyariya, QİÇS və başqa yoluxucu xəstəliklər, həmçinin, dəmir və vitamin çatışmazlığı ilə ağırlaşır. Qanazlığı xəstəliyinin diaqnostikası qan nümunələri və bahalı laboratoriya avadanlığı tələb edir ki, adətən gəliri az olan kasıb regionların sakinləri üçün əlçatmazdır.
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən 337 nəfər və 72 sağlam insanın iştirak etdiyi tədqiqat mobil proqramın səmərəliliyini sübut edib. 4 həftəlik yoxlamanın yekununa görə, kompüter alqoritmləri hemoqlobinin miqdarını tibbi müayinə ilə müqayisədə daha dəqiq müəyyənləşdirib.
Emil Hüseynov
Baxış sayı: 558
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet