12px13px15px17px
Tarix:17/12/18

Britaniya aeroportunda ilk virtual dispetçer otağı istifadəyə verilib

Britaniyanın Krenfild Universitetinin Bedfordşirddə yerləşən aeroportu tamamilə rəqəmsal dispetçer mərkəzi ilə təchiz edilib. Dispetçer otağı İsveçin “Saab” şirkəti tərəfindən hazırlanıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, müasir aeroportlarda dispetçer mərkəzi xüsusi qüllədə yerləşir və aerodrom dairəvi görünüşə malikdir. Dispetçerlər bu qüllədən aerodromda baş verənləri görür, təyyarə ekipajı tərəfindən təlimatların yerinə yetirilməsinə nəzarət edir və uçan aparatların hərəkətini tənzimləyir.
 
Virtual dispetçer konsepsiyası aeroport ərazisində və ya onun hüdudlarından kənarda istənilən inzibati binada yerləşdirilmiş rəqəmli dispetçer otağı, həmçinin real vaxt rejimində dairəvi görünüşü təmin edən kamera və müxtəlif sensorlarla təchiz edilmiş bir və ya bir neçə müşahidə qülləsinin yaradılmasını nəzərdə tutur.
 
Universitetə məxsus Krenfild aeroportu kiçik təyyarələrin uçuşu, həmçinin pilotların təlimi və aerokosmik texnologiyalar sahəsində tədqiqatlar üçün istifadə olunur.
 
Emil Hüseynov





Baxış sayı: 488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024