12px13px15px17px
Tarix:21/12/18

Beyin biopsiyası üçün kameralı “ağıllı” iynə yaradılıb

Avstraliya alimləri beyin biopsiyasını daha təhlükəsiz metodla həyata keçirməyə imkan verən kameralı “ağıllı” iynə yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Avstraliyanın Adelaid Universitetinin rəhbərlik etdiyi mütəxəssislər qrupu bildirib ki, yeni alət cərrahiyyə sahəsində inqilab edəcək və həyat üçün təhlükəli yüzlərlə xəstəliyin qarşısını alacaq. Baş-beyin biopsiyası zamanı şiş toxumaları analiz üçün mühafizə olunur. Qalınlığı insan saçına bərabər iynə cərrahlar tərəfindən qan damarlarının həyat üçün təhlükəli beyinə qansızmaya səbəb ola biləcək deşilməsi zərurətini aradan qaldırır. Sonra iynənin daxilində quraşdırılan optik lif kamera infraqırmızı işıq saçır, kompüter sistemi isə qan damarlarının yerləşməsini müəyyənləşdirir ki, bu da cərraha onları dəf etməyə kömək edir.  

Məlumata görə, iynə tədqiqatda 11 xəstənin iştirakı ilə uğurla sınaqdan keçirilib. Nəticələrdən məlum olub ki, iynə beyin damarlarını 98 faiz dəqiqliklə müəyyənləşdirə bilir. “İnsan beyninə operativ müdaxilə zamanı belə zonddan ilk dəfə istifadə olunub” –  mütəxəssislər qeyd edib. Alimlər növbəti beş il ərzində qurğunun daha geniş yayılacağına ümid edirlər.

Nizam Nuriyev





Baxış sayı: 399

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024