Tarix:25/12/18
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, xloroform və benzol hissəcikləri standart filtrlər tərəfindən udulması üçün kiçik olduğuna görə evlərdə toplana bilər. Genetik modifikasiya olunmuş qızılı epipremnum (epipremnum aureum) öz böyüməsini dəstəkləmək üçün bu zəhərləri udur. Tədqiqatçılar insan orqanizmindən ilhamlanaraq qaraciyərdə olan və alkoqolun emalı üçün məsuliyyət daşıyan P450 2E1 sitoxrom zülalından istifadə etmək qərarına gəliblər. O, benzolu fenola, xloroformu isə karbon qazına və xlorid ionlarına çevirir. Alimlərin fikrincə, belə reaksiya bitki orqanizmində də baş verərək “bitki qaraciyəri” nümunəsi ola bilər.
Bitkilər öz mövcudluqlarını qorumaq üçün karbon qazı və xlorid ionlarından istifadə edir. Fenol vasitəsilə hüceyrə divarları üçün komponentlər sintezləşdirilir. Alimlər qrupu bitkilərə hər hüceyrəyə 2E1 zülalını ekspressiya etməyə imkan verən sintetik gen yeridib. Daha sonra ekspertlər tərəfindən emal edilmiş bitkilərin havanı zəhərdən necə təmizləməsi yoxlanılıb. Üç gün sonra modifikasiya olunmuş bitkilərin olduğu otaqda xloroformun konsentrasiyası 82 faiz azalıb, 6 günə isə yoxa çıxıb. Bundan başqa, benzolun səviyyəsi, yavaş-yavaş da olsa ( 8 günə 75 faiz), azalmağa başlayıb.
Nizam Nuriyev
Havanı zəhərdən təmizləyən otaq bitkisi yaradılıb
Vaşinqton Universitetinin tədqiqatçıları havanın zəhərli birləşmələrdən təmizlənməsi üçün genetik modifikasiya olunmuş otaq bitkisi yaradıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, xloroform və benzol hissəcikləri standart filtrlər tərəfindən udulması üçün kiçik olduğuna görə evlərdə toplana bilər. Genetik modifikasiya olunmuş qızılı epipremnum (epipremnum aureum) öz böyüməsini dəstəkləmək üçün bu zəhərləri udur. Tədqiqatçılar insan orqanizmindən ilhamlanaraq qaraciyərdə olan və alkoqolun emalı üçün məsuliyyət daşıyan P450 2E1 sitoxrom zülalından istifadə etmək qərarına gəliblər. O, benzolu fenola, xloroformu isə karbon qazına və xlorid ionlarına çevirir. Alimlərin fikrincə, belə reaksiya bitki orqanizmində də baş verərək “bitki qaraciyəri” nümunəsi ola bilər.
Bitkilər öz mövcudluqlarını qorumaq üçün karbon qazı və xlorid ionlarından istifadə edir. Fenol vasitəsilə hüceyrə divarları üçün komponentlər sintezləşdirilir. Alimlər qrupu bitkilərə hər hüceyrəyə 2E1 zülalını ekspressiya etməyə imkan verən sintetik gen yeridib. Daha sonra ekspertlər tərəfindən emal edilmiş bitkilərin havanı zəhərdən necə təmizləməsi yoxlanılıb. Üç gün sonra modifikasiya olunmuş bitkilərin olduğu otaqda xloroformun konsentrasiyası 82 faiz azalıb, 6 günə isə yoxa çıxıb. Bundan başqa, benzolun səviyyəsi, yavaş-yavaş da olsa ( 8 günə 75 faiz), azalmağa başlayıb.
Nizam Nuriyev
Baxış sayı: 556
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı