12px13px15px17px
Tarix:25/12/18

Süni ağciyər suyu yanacağa çevirir

ABŞ-ın Stenford Universitetinin tədqiqatçıları insanın ağciyəri prinsipi üzrə işləyən və hidrogen yanacağını generasiya edən qurğu yaradıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, hidrogenin nefti əvəz edən ekoloji təmiz yanacaq olması barədə uzun müddətdir müzakirələr aparılır. Bu, hidrogen yanacağının istehsalı üçün ilk qurğu olmasa da, onun unikal konstruksiyası prosesi daha effektiv edir. İnsanın ağciyərinə hava oksigen əldə edərək onu qan dövranına göndərən incə membran vasitəsilə daxil olur. Unikal struktura malik orqan bu qaz mübadiləsini yüksək effektivli edir. Stenford Universitetinin tədqiqatçılar qrupunun texnologiyası ağciyər formasında olan qalın plastik plyonkalı torbadır. Kisənin çöl tərəfi kiçik su buraxmayan məsamələrlə örtülüb, daxildən isə qızıl və platindən ibarət nanozərrəciklər çəkilib.  

Qurğunu suya yerləşdirən və ona elektrik cərəyanı buraxan tədqiqatçılar “ağciyəri” enerjini generasiya etməyə məcbur ediblər. Mütəxəssislərin sözlərinə görə, məhz qurğunun forması ona plyonkanın üst səthinin örtülməsi ilə müqayisədə 32 faiz yüksək effektivliklə işləməyə kömək edir. Bu onunla əlaqədardır ki, ağciyərin forması enerji istehsalı prosesinin effektivliyini azalda bilən kisəciklərin yaranmasını minimuma endirir. Hazırda alimlər qurğunun dizaynını təkmilləşdirməyə və onu daha yüksək temperaturlara qarşı dözümlü olmağa məcbur etmək üçün yeni üsul icad etməyə hazırlaşırlar.  

Nizam Nuriyev





Baxış sayı: 530

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024