12px13px15px17px
Tarix:27/12/18

“LG” şirkəti “CLOi SuitBot” adlı yeni ekzoskeletini təqdim edib

“LG” şirkəti “CLOi SuitBot” adlı daşınan robotun yeni versiyasını təqdim edib. Bu ekzoskelet ağır əşyaları heç bir zədə almadan qaldırmağa imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, “CLOi SuitBot” robotu əzələlərin gücünü artırmaq və zədələnmək ehtimalını azaltmaq üçün insanın belinə dəstək verir. Bundan başqa, belə ekzoskeletdən istifadə edənlər az yorulur, çünki robot yükün çox hissəsini öz üzərinə götürür. Ekzoskelet 4 saat avtonom işləyə bilir və 1 saat ərzində enerji toplayır.
 
 
Cənubi Koreya şirkətinin mətbuat xidmətinin məlumatına görə, belə robotlar tezliklə satışa çıxarılacaq. 2019-cu il 8-12 yanvar tarixlərində Las-Veqasda keçiriləcək “CES” sərgisində yeni ekzoskelet nümayiş etdiriləcək.
 
Emil Hüseynov





Baxış sayı: 435

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024