12px13px15px17px
Tarix:07/01/19

Finlandiya əhalisi süni intellektlə işləmək bacarığına yiyələnəcək

Finlandiya hakimiyyəti 1 milyon nəfəri (ölkənin yaşlı əhalisinin təxminən 25 faizi) süni intellekt və kompüter təlimi bacarıqlarını öyrətməyi planlaşdırır.

“ICTnews” Elektron Xəbər Xidməti “Hightech” resursuna istinadən yazır ki, 2019-cu il ərzində Finlandiyada süni intellekt texnologiyalarının inkişafı strategiyası çərçivəsində 55 min nəfər və ya ölkə əhalisinin 1 faizi sistemlə işin əsaslarına yiyələnəcək.

Məlumata görə, 2018-ci ildə 6 min nəfər Helsinki Universitetində keçirilən biraylıq pulsuz “Elements of AI” kursu çərçivəsində süni intellektlə işləmək bacarığını mənimsəyib. Təlim çərçivəsində bütün arzu edənlər süni intellektin iş prinsipi ilə tanış ola və kompüter təliminin fəaliyyətini anlaya bilər. Proqramın təsvirində qeyd olunur ki, tələbələrdən kursu keçmək üçün əsas proqramlaşdırma biliklərinə malik olmaları tələb edilmir.

Bildirilir ki, indiyədək 250 Finlandiya şirkəti süni intellektlə işləmək bacarığına yiyələnmək üçün bütün əməkdaşları kurslarda iştiraka göndərəcəyini bəyan edib. Finlandiya hakimiyyəti nümayəndələrinin fikrincə, süni intellekt və kompüter təlimi prinsiplərinin geniş şəkildə öyrədilməsi ölkədə innovasiyaların inkişafını sürətləndirməyə imkan verəcək və əhaliyə diqqəti müasir texnologiyalara yönəltməyə kömək edəcək.

Fin və ya ingilis dilində tədris edilən “Elements of AI” kurslarında hamı iştirak edə bilər.

Nizam Nuriyev





Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024