12px13px15px17px
Tarix:07/01/19

“Skype” proqramında boşluq bloklama ekranını keçməyə imkan verir

Kosovadan olan 19 yaşlı təhlükəsizlik tədqiqatçısı Florian Kunuşevsi “Android” sisteminin idarəetməsi altında işləyən qurğular üçün “Skype” proqramında kənar şəxslərə istifadəçiləri izləməyə imkan verən boşluq aşkar edib. Tədqiqatçı “The Register” nəşrinə izah edib ki, bu boşluğun köməyi ilə haker bloklama ekranını keçə, şəkil, kontaktlara baxa və hətta brauzerin pəncərəsini aça bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, “Android” sisteminin idarəetməsi altında işləyən qurğu üzərində hüquq əldə edən kənar şəxs smartfonu blokdan çıxarmadan “Skype” zənglərə cavab verə bilər,  şəkil, kontaktlara baxa, mətn mesajları göndərə və hətta mesajdakı linkə keçməklə brauzeri aça bilər.
 
Tədqiqatçı sözügedən boşluğu ictimailəşdirməzdən öncə ötən ilin oktyabrında “Microsoft” şirkətinə bu barədə məlumat verib. “Skype” proqramının 23 dekabr 2018-ci ildə təqdim edilmiş versiyasında sözügedən problem artıq aradan qaldırılıb.
 
Emil Hüseynov





Baxış sayı: 516

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024