12px13px15px17px
Tarix:08/01/19

“iPhone XR” smartfonu populyarlaşır

“iPhone XR” 2018-ci ilin noyabrında ən populyar “Apple” smartfonu seçilib. Bu barədə “Counterpoint” şirkətinin tədqiqat hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, hesabat dövründə modelin satılan nüsxələrinin sayı 5 milyonu ötüb. Bu, “iPhone 8” modelinin 2017-ci ilin noyabr, eləcə də həmin dövr ərzində “XS” və “XS Max” smartfonlarının göstəricilərindən azdır.

Lakin “iPhone X” 2017-ci ilin noyabrında 2018-ci ilin həmin ayında “XS” və “XS Max” smartfonlarından daha populyar olub.   

Qeyd edək ki, “Apple” şirkətinin 2019-cu ilin birinci rübü üçün gözlənilən gəliri azaldılıb. Bunun əsas səbəbi kimi Çinlə ticarət müharibəsi və Çində “iPhone” smartfonlarına tələbatın azalması, eləcə də istifadəçilərin köhnə modelləri yeniləmək istəməmələri qeyd edilir.

“XR” yeni “iPhone” smartfonları arasında ən ziddiyyətli modeldir. Belə ki, qurğu bir kameralı, qalın çərçivəli, zəif təsvir ölçülü ekrana malik olmaqla yanaşı, qabaqcıl prosessor, yüksək avtonomluq və “Face ID” sistemi ilə təchiz olunub.

Nizam Nuriyev





Baxış sayı: 506

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024