12px13px15px17px
Tarix:22/01/19

Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tanınır. Qurğu dərman preparatlarının qəbuluna nəzarət etməyə, həmçinin pasiyentin fiziki aktivliyi haqqında məlumatlar toplamağa imkan verir. 2017-ci ildən etibarən şirkət müxtəlif xəstəliklər üçün nəzərdə tutulmuş 40 dərman preparatına sensor quraşdırıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, startap onkologiya sahəsində sözügedən texnologiyanın ilk klinik sınaqlarına start verib. Hazırda xərçəng xəstəliyindən əziyyət çəkən 7 pasiyent daxili sensora malik kimya terapevtik preparat qəbul edirlər. Sınaqlar 2 il davam edəcək.
 
Araşdırmanın məqsədi pasiyentlərin dərman preparatını vaxtında qəbul edib-etməməsini öyrənməkdir. Xərçəngdən əziyyət çəkən xəstələr üçün bu amil xüsusilə vacibdir. Sınaq uğurlu olduğu halda “Proteus” şirkəti xərçəngdən əziyyət çəkən xəstələr tərəfindən qəbul edilən bütün həbləri rəqəmləşdirmək niyyətindədir.
 
Emil Hüseynov





Baxış sayı: 434

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024