Tarix:24/01/19
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, belə "OLED" panellərin kütləvi istehsalına fevralın ortalarında başlamaq planlaşdırılır. Yeni displeylə ilkin olaraq aparıcı istehsalçıların bahalı noutbukları təchiz ediləcək.
Məlumata görə, ekranın təsvir ölçüsü 3840 х 2160 piksel, parlaqlığı 600 kandel kvadratmetr (kd/m2), dinamik kontrastlığı isə 120 000:1 təşkil edir. Bundan başqa "HDR" texnologiyasının dəstəyi və "DCI-P3" rənginin 100 faizlik əhatəsi nəzərdə tutulub.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni panel "LCD" ekranlarla müqayisədə qara rəngi 200 dəfə daha tünd və açıq ağ rəngi isə 2 dəfə çox təmin edir.
"OLED" panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. "OLED" displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin baha olması ilə xarakterizə olunur.
Nizam Nuriyev
“Samsung” noutbuklar üçün “OLED” ekran hazırlayıb
"Samsung Display" şirkəti noutbuklar üçün nəzərdə tutulan "4K UHD" təsvir ölçülü 15,6 düym diaqonallı dünyada ilk "OLED" ekran hazırlayıb."ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, belə "OLED" panellərin kütləvi istehsalına fevralın ortalarında başlamaq planlaşdırılır. Yeni displeylə ilkin olaraq aparıcı istehsalçıların bahalı noutbukları təchiz ediləcək.
Məlumata görə, ekranın təsvir ölçüsü 3840 х 2160 piksel, parlaqlığı 600 kandel kvadratmetr (kd/m2), dinamik kontrastlığı isə 120 000:1 təşkil edir. Bundan başqa "HDR" texnologiyasının dəstəyi və "DCI-P3" rənginin 100 faizlik əhatəsi nəzərdə tutulub.
İstehsalçı nümayəndələrinin sözlərinə görə, yeni panel "LCD" ekranlarla müqayisədə qara rəngi 200 dəfə daha tünd və açıq ağ rəngi isə 2 dəfə çox təmin edir.
"OLED" panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. "OLED" displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin baha olması ilə xarakterizə olunur.
Nizam Nuriyev
Baxış sayı: 532
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet