12px13px15px17px
Tarix:25/01/19

Lazer səsi konkret insanın qulağına ötürür

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri səs-küylü otaqda səsi konkret insanın qulağına ötürən lazer texnologiyası hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, tədqiqat qrupunun rəhbərləri qeyd edir ki, bu, istənilən şəraitdə səsli siqnalı konkret insan üçün lokallaşdıran və təhlükəsiz lazerlərdən istifadə edən ilk sistemdir. Sistem foto akustik effekt kimi tanınan texnikadan istifadə edir. O, material işığı udduqdan sonra səs dalğalarını yaradan zaman əmələ gəlir. Alimlər tədqiqatda işığı udmaq və səs yaratmaq üçün havada su buxarından istifadə ediblər. Texnologiya nisbətən quru şəraitdə də işləyir, çünki havada, xüsusilə insanların ətrafında su həmişə cüzi olur. Mütəxəssislər qeyd edir ki, suyu tam udan lazer dalğa uzunluğundan istifadə edildiyinə görə çoxlu suya ehtiyac qalmır. Bu, əsas məqamdır, çünki daha güclü udulma daha çox səs emal edir.

Səsin lokal ötürülməsi üçün lazer texnologiyasından istənilən yerdə və ya açıq meydançada istifadə etmək mümkündür. O, hərbi sahədə tətbiq edilərək təcili məxfi məlumatları ötürməyə imkan verə, səs-küylü otaqda kommunikasiyanı təmin edə, yalnız bir alıcı üçün nəzərdə tutulan təcili məlumatları göndərə bilər.

Nizam Nuriyev





Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024