Tarix:25/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, insanın rənggörmə qabiliyyəti üç əsas rəngə əsaslanır: qırmızı, yaşıl və göy. Quşlar əsas rənglərlə yanaşı, ultrabənövşəyi şüaları görə bilirlər. İsveçin Lund Universitetinin tədqiqatçıları ilk dəfə quşun rənggörmə qabiliyyətinin dəqiq imitasiyasını yaratmağa nail olublar. Bunun üçün alimlər tərəfindən dünyanı müxtəlif heyvanların gördüyü kimi dəqiqliklə görməyə imkan verən xüsusi hazırlanmış filtrlərlə təchiz edilən kamera hazırlayıblar. Tədqiqatda kamera quşların torlu qişasında dörd müxtəlif tipli kiçik kolbanın rəng həssaslığını yüksək dəqiqliklə imitasiya edib.
Fotoşəkillərdən məlum olub ki, quşların xüsusi rənggörmə qabiliyyəti onlara yarpaqları ətraflı görməyə imkan verir. İnsanlara yaşıl kütlə kimi görünənlər quşların gözündə yaxşı seçilən yarpaqlardır. Bu, onlara istiqaməti asanlıqla müəyyənləşdirməyə və yemək tapmağa imkan verir. Mütəxəssislərin sözlərinə görə, quşların gözləri ilə reallığı öyrəndikdən sonra onlar digər heyvanların dünyanı necə görməsini nümayiş etdirmək üçün layihənin gələcək inkişafı ilə məşğul olmağı planlaşdırırlar.
Nizam Nuriyev
Xüsusi kamera quşların dünyanı görməsini göstərir
İsveç tədqiqatçıları xüsusi kamera vasitəsilə quşların dünyanı necə görməsini canlandırıblar.“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, insanın rənggörmə qabiliyyəti üç əsas rəngə əsaslanır: qırmızı, yaşıl və göy. Quşlar əsas rənglərlə yanaşı, ultrabənövşəyi şüaları görə bilirlər. İsveçin Lund Universitetinin tədqiqatçıları ilk dəfə quşun rənggörmə qabiliyyətinin dəqiq imitasiyasını yaratmağa nail olublar. Bunun üçün alimlər tərəfindən dünyanı müxtəlif heyvanların gördüyü kimi dəqiqliklə görməyə imkan verən xüsusi hazırlanmış filtrlərlə təchiz edilən kamera hazırlayıblar. Tədqiqatda kamera quşların torlu qişasında dörd müxtəlif tipli kiçik kolbanın rəng həssaslığını yüksək dəqiqliklə imitasiya edib.
Fotoşəkillərdən məlum olub ki, quşların xüsusi rənggörmə qabiliyyəti onlara yarpaqları ətraflı görməyə imkan verir. İnsanlara yaşıl kütlə kimi görünənlər quşların gözündə yaxşı seçilən yarpaqlardır. Bu, onlara istiqaməti asanlıqla müəyyənləşdirməyə və yemək tapmağa imkan verir. Mütəxəssislərin sözlərinə görə, quşların gözləri ilə reallığı öyrəndikdən sonra onlar digər heyvanların dünyanı necə görməsini nümayiş etdirmək üçün layihənin gələcək inkişafı ilə məşğul olmağı planlaşdırırlar.
Nizam Nuriyev
Baxış sayı: 575
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet