Tarix:28/01/19
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-tech” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, ilk növbədə smartfon, planşet və aksesuarlarda plastikdən istifadədən imtina ediləcək. Məsələn, istehsalçı tərəfindən enerjidoldurma qurğularında parlaq plastikin tətbiq edilməməsi məqsədilə onların dizaynı yenidən işlənib və ekoloji təmiz materiallarla əvəz olunub.
Bundan başqa, soyuducu, televizor və digər məişət texnikasının qablaşdırılmasında malların daşınması üçün istifadə edilən plastik plyonkadan istifadə dayandırılacaq. Yeni qoruyucu plyonka emal edilmiş materiallardan və bərpa edilən materiallardan hasil edilən bioplastikdən hazırlanıb.
Həmçinin “Samsung” mallarında adi kağız böyük “yaşıl” təşkilatlar tərəfindən sertifikatlaşdırılan ekoloji kağızla əvəz ediləcək.
Bildirilir ki, “Samsung” şirkəti bu yeniliklər vasitəsilə tullantıları minimuma endirmək və insanlara plastik zibil və tükənən resurslarla bağlı problemin həllində kömək etmək niyyətindədir. Şirkət 2030-cu ilədək 500 min ton zərərli plastik emalını və 7,5 ton tullantı toplamağı planlaşdırır.
Nizam Nuriyev
“Samsung” məhsullarında plastikdən istifadə dayandırılır
Cənubi Koreyanın “Samsung” şirkətinin qurğularında bu ildən etibarən ekologiya üçün zərərli materiallardan istifadə dayandırılacaq.“ICTnews” Elektron Xəbər Xidməti “Hi-tech” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, ilk növbədə smartfon, planşet və aksesuarlarda plastikdən istifadədən imtina ediləcək. Məsələn, istehsalçı tərəfindən enerjidoldurma qurğularında parlaq plastikin tətbiq edilməməsi məqsədilə onların dizaynı yenidən işlənib və ekoloji təmiz materiallarla əvəz olunub.
Bundan başqa, soyuducu, televizor və digər məişət texnikasının qablaşdırılmasında malların daşınması üçün istifadə edilən plastik plyonkadan istifadə dayandırılacaq. Yeni qoruyucu plyonka emal edilmiş materiallardan və bərpa edilən materiallardan hasil edilən bioplastikdən hazırlanıb.
Həmçinin “Samsung” mallarında adi kağız böyük “yaşıl” təşkilatlar tərəfindən sertifikatlaşdırılan ekoloji kağızla əvəz ediləcək.
Bildirilir ki, “Samsung” şirkəti bu yeniliklər vasitəsilə tullantıları minimuma endirmək və insanlara plastik zibil və tükənən resurslarla bağlı problemin həllində kömək etmək niyyətindədir. Şirkət 2030-cu ilədək 500 min ton zərərli plastik emalını və 7,5 ton tullantı toplamağı planlaşdırır.
Nizam Nuriyev
Baxış sayı: 503
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet