12px13px15px17px
Tarix:31/01/19

Dünya şirkətləri məlumat itkisinə görə nə qədər cərimələnib?

Dünya şirkətlərində fərdi məlumatların sızması hallarına görə cərimələrin sayında və həcmində artım müşahidə olunur: 2017-ci ildə təşkilatlar tərəfindən təqribən 45 milyon dollar cərimə ödənilib, 2018-ci ildə isə bu göstərici 320 milyon dollar təşkil edib. Bu barədə “InfoWatch” şirkətinin hesabatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, beləliklə, il ərzində dünyada maliyyə informasiyası sızmasına görə pul sanksiyalarının həcmi 7 dəfə yüksəlib, cərimənin orta məbləği isə 5 dəfə artaraq 5,7 milyon dollara çatıb.

Ekspertlərin qiymətləndirməsinə görə, şirkətlər informasiya sızmalarının qarşısının alınması üzrə sistemlərin və intellektual analitik texnologiyaların tətbiqi vasitəsilə təhlükəsizlik konturunu möhkəmləndirməkdə davam edəcəklər.

Bildirilir ki, 2018-ci ilin mayında Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations – GDPR) qüvvəyə minib. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ verilib, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunur. Reqlament tələbləri pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.

Qeyd edək ki, məlumat sızması dedikdə informasiyanın məxfiliyinin pozulması ilə nəticələnən düşünülmüş və ya təsadüfi hərəkətlər (həm kənar cinayətkarların, həm də qaydaları pozan işçilərin) başa düşülür.  

Nizam Nuriyev





Baxış sayı: 432

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Noyabr 2024

25 11 2024