12px13px15px17px
Tarix:04/02/19

“Apple Watch” smart saatı yaşlı kişinin həyatını xilas edib

Norveçdə "Apple" smart saatı 67 yaşlı kişi üçün təcili yardım çağırıb. O, vanna otağında sürüşüb yıxılaraq huşunu itirib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, onun qızının məlumatına görə, atası axşam vaxtı çimmək istəyərkən sürüşərək döşəməyə yıxılıb. Xoşbəxtlikdən biləyində olan "Apple Watch" smart saatı yaşlı kişinin yerə yıxılmasını qeydə alıb və təcili yardım çağırıb. Həkimlər yaşlı kişini xəstəxanaya yerləşdiriblər. Onun qızı deyib ki, atasının sifətindən zədələnməsinə baxmayaraq, həyatı üçün heç bir təhlükə yoxdur.
 
Emil Hüseynov





Baxış sayı: 525

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024