12px13px15px17px
Tarix:04/02/19

“Google Chrome” brauzeri oxşar ünvanlı saytlar haqqında xəbərdarlıq edəcək

“Google” şirkəti 65 faiz payla dünyanın ən populyar brauzeri olan “Google Chrome”u təkmilləşdirməkdə davam edir.

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, bütün “Google Chrome” istifadəçilərinin yararlanacağı növbəti yenilik oxşar URL ünvanları ilə mübarizə olacaq. Belə ünvanlarda bir hərf digəri və ya işarə (paypall.com/paypali.com və ya google.com/go0gle.com və s.) ilə nəzərə çarpmadan əvəzlənə bilər.  

Bunun nəticəsində istifadəçilər lazım olan ünvana daxil olmaq imkanından məhrum olurlar. Brauzer adətən internetdə belə ünvanın mövcud olmamasına görə səhv haqqında məlumat göstərir. Lakin bəzi hallarda cinayətkarlar tərəfindən məxsusi olaraq fırıldaqçılıq məqsədləri üçün istifadə edilən bənzər saytlar yaradılır.

Məlumata görə, “Chrome”un növbəti stabil versiyasında brauzer oxşar ünvanlı saytı açsa da, istifadəçini düzgün ünvana yönəldərək ən məntiqli variantı təklif edəcək. Saytda potensial təhlükə mövcud olan zaman istifadəçi “Enter” klavişini basmazdan əvvəl bu barədə bildiriş alacaq.

Hazırda yeni funksiyanın “Chrome Canary” eksperimental brauzerində sınaqları keçirilir.

Nizam Nuriyev





Baxış sayı: 484

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024