12px13px15px17px
Tarix:07/02/19

Alimlər süni dəri hazırlayıblar

Konnektikut və Toronto universitetlərinin tədqiqatçıları tərəfindən hazırlanmış süni dəri güclü maqnit sahəsi və təzyiq dəyişikliklərinə reaksiya verən çoxfunksiyalı sensorlar sayəsində onun sahibini xüsusi imkanlarla təmin edə bilər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, elektron dərinin əsasını maqnit sahəsinə reaksiya verən ferromaqnit mayesi (ferroflyuid) ilə doldurulmuş elastik silikon borudan ibarət "ferroflyuid əsasında multimodal triboelektrik nanogenerator" (FO-TENG) təşkil edir. Silikon boru elektrik siqnallarını keçirən mis məftillərdən ibarət sarğıya malikdir.
 
Mütəxəssislərdən biri “Science Daily” nəşrinə deyib ki, yeni süni dəri "su keçirmir və dartılıb-uzadıla bilir ki, bu da ona öz formasını illərlə saxlamağa imkan verir.
 
Tədqiqatçılar ümid edirlər ki, müvafiq icazə alındıqdan sonra təhlükəli materialların utilizasiyası vaxtı, avtomatlaşdırılmış axtarış-xilasetmə missiyalarında, həmçinin güclü yanıq xəsarəti almış şəxslər üçün protezlərin hazırlanması vaxtı süni dəridən istifadə etmək mümkün olacaq.
 
Emil Hüseynov





Baxış sayı: 491

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024