12px13px15px17px
Tarix:14/02/19

“Xiaomi Mi 9” smartfonu nə vaxt təqdim ediləcək?

“Xiaomi Mi 9” smartfonu fevralın 20-də təqdim ediləcək. Bu, “Samsung Galaxy S10” modelinin nümayişi ilə eyni günə təsadüf edir.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, “Xiaomi” şirkətinin yeni qurğusu texniki xüsusiyyətlərinə görə “Huawei Honor” seriyasına aid “View 20”, xarici görünüşünə görə həmin şirkətin “Mate 20” modelinə bənzəyəcək.

Məlumata görə, “Mi 9” ən yeni, real satışda olan smartfonların heç birində tətbiq edilməyən “Qualcomm Snapdragon 855” prosessorundan istifadə edəcək. Çin istehsalçısının yeni modeli 3 kamera, 24 meqapikselli ön kamera, 6,4 düym diaqonallı ekran və 3500 milliamper/saat tutumlu akkumulyatorla təchiz ediləcək.

Qurğu ekran daxilində quraşdırılan barmaq izi skaneri ilə seçiləcək. Bundan başqa, model vertikal şəkildə yerləşən sensorlu 3 kameraya malik olacaq.

“Xiaomi Mi 9” smartfonunun minimal qiymətinin 436 dollar təşkil edəcəyi gözlənilir.

Nizam Nuriyev





Baxış sayı: 546

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024