12px13px15px17px
Tarix:18/02/19

Yaponiya leysan və qasırğanın proqnozlaşdırılması texnologiyasını sınaqdan keçirəcək

Tokioda real vaxt rejimində havanın proqnozlaşdırılması sisteminin sınaqlarına başlanılıb. Meteoroloji radiolokator və yerüstü rəqəmli radio dalğalarının məlumatına əsaslanan texnologiya leysan yağışları və ya qasırğanın başlanmasını 30 dəqiqə öncədən xəbər verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, sistem su buxarından yaranan və proqnozlaşdırılması kifayət qədər çətin olan leysan yağışlarının başlanması barədə öncədən xəbər verəcək. Məsələn, mövcud meteoroloji sistemlər bu işin öhdəsindən gəlmir.
 
Yaponiyanın Milli İnformasiya-Kommunikasiya Texnologiyaları İnstitutu (NICT) dövlət və özəl şirkətlərlə birgə sözügedən sistemin hazırlanması ilə məşğuldur. Sözügedən sistemin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
 
Emil Hüseynov





Baxış sayı: 469

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024