12px13px15px17px
Tarix:19/02/19

“Sharp” korporasiyası "robofon" təqdim edib

Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni model əlavə edib. Hərəkət edə bilməyən ən ucuz versiyalardan birini 715 dollara satın almaq olar. Tokioda keçirilmiş təqdimatda elan edilib ki, hərəkət edə bilməyən model uşaqlı ailələr, hərəkət edən modellər isə biznes üçün nəzərdə tutulub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, "Robofon" hərəkət edə, danışa, rəqs edə bilən, eyni zamanda adi smartfon kimi işləyə bilən kiçik insanabənzər robotdur. Robotun kürəyinə displey quraşdırılıb. Qurğuya videomüşahidə, şəkil mübadiləsi, “Sharp Aquos Android TV” "ağıllı" televizorları, kondisioner və başqa texnikanın idarəetməsi, həmçinin robotun hərəkətlərinin proqramlaşdırılması üçün 30 proqram (tezliklə onların sayı 46-dək çatdırılacaq) quraşdırılıb.
 
 
“RoBoHon” biznes seqmentinə mağaza və muzeylərdə məhsulları təqdim edən konsultant kimi təklif edilir. Proqramlardan biri robotu yapon, ingilis, Çin və Koreya dillərində danışan poliqlota çevirməyə imkan verir.
 
“RoBoHon” cihazı “Snapdragon 430” prosessoru, 2 QB əməli yaddaş, 16 QB fləş daşıyıcı, 8 meqapiksellik kamera ilə təchiz edilib. Robot daxili pikoproyektordan məhrum edilib. Ekranın ölçüsü 2-dən 2,6 düymədək böyüdülüb və “Android” sisteminin versiyası yenilənərək 8.1 olub.
 
“RoBoHon” aparatının LTE modulla olan versiyasının qiyməti təxminən 1628 dollar, “Wi-Fi” ilə olan versiyası 1085 dollar, hərəkət edə bilməyən modeldə isə 715 dollar təşkil edir.
 
Emil Hüseynov



Baxış sayı: 493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024