Tarix:23/02/19
"ICTnews" Elektron Xəbər Xidməti "Searchengines" resursuna istinadən yazır ki, bununla yanaşı, 5 il ərzində dünyada mobil qurğu istifadəçilərinin sayının 5,5 milyard təşkil edəcəyi gözlənilir. 2017-ci ildə bu göstərici 5 milyard olub.
Bildirilir ki, smartfonlardan istifadənin çoxalması ilə yanaşı, şirkət "Əşyalar interneti" (IoT) qurğularının populyarlığının davamlı yüksələcəyini və mobil şəbəkələrdə məlumatların ötürülmə sürətinin 3 dəfə artacağını proqnozlaşdırır.
"Cisco" şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək internetə qoşulan "Əşyalar interneti" qurğularının sayı 12 milyardı ötəcək ki, bu da 2017-ci ilin nəticəsindən 3 milyard çoxdur.
Bundan əlavə, 2022-ci ildə "5G" şəbəkəsinin tətbiqi sayəsində qlobal mobil şəbəkənin orta sürəti 2017-ci ildəki 8,7 Mbit/saniyədən 28,5 Mbit/saniyəyədək yüksələcək.
"5G" şəbəkəsinin populyarlığına baxmayaraq "Wi-Fi" yaxın gələcəkdə əksər insanlar üçün əsas internetə qoşulma üsulu olaraq qalacaq. Şirkətin qiymətləndirməsinə görə, 5 il sonra "Wi-Fi" şəbəkəsinin bütün mobil internet trafikində payı 59 faiz təşkil edəcək. 2017-ci ildə bu göstərici 54 faizə bərabər olub.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə görə, 2018-ci ilin sonunda dünyada internet istifadəçilərinin sayı 3,9 milyard və ya planet əhalisinin 51,2 faizini təşkil edib.
Nizam Nuriyev
Dünya mobil internet trafikinin həcmi 1 zettabayta çatacaq
"Cisco" şirkəti 2022-ci ilədək dünya mobil internet trafikinin illik həcminin 1 zettabayta (270 bayt) çataraq qlobal IP trafikinin təxminən 20 faizini təşkil edəcəyini proqnozlaşdırır. Bu, 930 eksabayta bərabərdir və 2012-ci ildə generasiya edilən bütün trafikdən 113 dəfə çoxdur."ICTnews" Elektron Xəbər Xidməti "Searchengines" resursuna istinadən yazır ki, bununla yanaşı, 5 il ərzində dünyada mobil qurğu istifadəçilərinin sayının 5,5 milyard təşkil edəcəyi gözlənilir. 2017-ci ildə bu göstərici 5 milyard olub.
Bildirilir ki, smartfonlardan istifadənin çoxalması ilə yanaşı, şirkət "Əşyalar interneti" (IoT) qurğularının populyarlığının davamlı yüksələcəyini və mobil şəbəkələrdə məlumatların ötürülmə sürətinin 3 dəfə artacağını proqnozlaşdırır.
"Cisco" şirkətinin qiymətləndirməsinə görə, 2022-ci ilədək internetə qoşulan "Əşyalar interneti" qurğularının sayı 12 milyardı ötəcək ki, bu da 2017-ci ilin nəticəsindən 3 milyard çoxdur.
Bundan əlavə, 2022-ci ildə "5G" şəbəkəsinin tətbiqi sayəsində qlobal mobil şəbəkənin orta sürəti 2017-ci ildəki 8,7 Mbit/saniyədən 28,5 Mbit/saniyəyədək yüksələcək.
"5G" şəbəkəsinin populyarlığına baxmayaraq "Wi-Fi" yaxın gələcəkdə əksər insanlar üçün əsas internetə qoşulma üsulu olaraq qalacaq. Şirkətin qiymətləndirməsinə görə, 5 il sonra "Wi-Fi" şəbəkəsinin bütün mobil internet trafikində payı 59 faiz təşkil edəcək. 2017-ci ildə bu göstərici 54 faizə bərabər olub.
Xatırladaq ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə görə, 2018-ci ilin sonunda dünyada internet istifadəçilərinin sayı 3,9 milyard və ya planet əhalisinin 51,2 faizini təşkil edib.
Nizam Nuriyev
Baxış sayı: 525
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet