12px13px15px17px
Tarix:26/02/19

Elastik smartfon bilərzik nümayiş olunub

“Nubia” şirkəti “MWC 2019” sərgisi çərçivəsində qeyri-adi “Nubia Alpha” qurğusunu təqdim edib. O, smartfon və elastik “OLED” ekranlı “ağıllı” saat arasında olan qurğuya bənzəyir, istehsalçı isə onu “daşınan telefon” adlandırır.

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, qurğu “Visionox” şirkətinin hazırladığı 960 x 192 piksel təsvir ölçülü 4 düym diaqonallı ekranla təchiz olunub. “Nubia” polimid adlı istiyədavamlı polimerlə qorunan smartfon bilərziyi daşınan qurğular arasında istifadəçinin biləyi ətrafında tam əyilən ən böyük ekran kimi qələmə verir.

Məlumata görə, “Nubia Alpha” 5 meqapikselli kamera, 5 milliamper/saat tutumlu batareya, daşınan elektronika üçün “Snapdragon Wear 2100” birkristallı sistemi, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaş ilə təchiz edilib. Şirkət tərəfindən hazırlanan əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu “Bluetooth”, “Wi-Fi”, “eSIM”, eləcə də “multi-touch”, səsli komanda və jestlər idarəetməsi dəstəyinə malikdir.

“Daşınan telefon”, həmçinin idman bilərziyi funksiyalarını yerinə yetirir və yuxu, fiziki hərəkətlər və ürək ritmini izləyir.

“Nubia Alpha” smartfon bilərziyinin bu ilin üçüncü rübündə Avropada satışa çıxarılması planlaşdırılır. Qurğunun qiyməti versiyalara (Bluetooth ilə 449 avro, qara rəngli və eSIM ilə 549 avro və 18 karatlıq qızılla örtülən və eSIM ilə 649 avro) görə dəyişir.

Nizam Nuriyev
 






Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024