Tarix:28/02/19
Səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.
Görüş zamanı “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib, şirkətin Azərbaycanda mövcud fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, şirkətin Xəzər dənizinin dibi ilə ölkəmizdən Qazaxıstan və Türkmənistan istiqamətlərində fiber-optik kabel magistralının tikintisində mümkün iştirakı da müzakirə edilib. Qeyd edək ki, gələcəkdə magistral vasitəsilə Türkmənistan üzərindən Əfqanıstanın da internetə çıxışı təmin edilə bilər.
Səfər çərçivəsində nazir Ramin Quluzadə “China Telecom” şirkətinin rəhbəri Yanq Jie ilə də görüşüb. Görüş zamanı sözügedən şirkətlə beynəlxalq telekommunikasiya sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
Bu xüsusda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin qısa müddət ərzində icrası istiqamətində mümkün addımların atılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı layihə çərçivəsində Qazaxıstan istiqamətində Xəzəraltı fiber-optik kabel magistralının çəkilməsinin texniki həlli yolları, layihə üzrə iqtisadi əsaslandırmanın hazırlanması, o cümlədən Çin tərəfinin bu magistraldan gələcək istifadəsi üzrə tələbatların öyrənilməsinə dair məsələlər müzakirə edilib.
Eyni zamanda, şirkətin Azərbaycanla Türkmənistan arasında da dənizaltı fiber-optik kabel magistralının tikintisi ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu sahədə daha detallı texniki və iqtisadi məsləhətləşmələrin aparılması məqsədilə “Huawei” və “China Telekom” şirkətlərinin rəhbərliyi Azərbaycana dəvət olunub.
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası bu gün keçiriləcək.
Nazir Ramin Quluzadə Çində “Huawei” və “China Telecom” şirkətlərinin rəhbərliyi ilə görüşüb
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclasında iştirak etmək məqsədilə Çin Xalq Respublikasının Pekin şəhərində səfərdədir.Səfər çərçivəsində adıçəkilən komissiyanın həmsədri, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayevlə birlikdə “Huawei” şirkətinin rəhbərliyi ilə görüş keçirilib.
Görüş zamanı “Huawei” şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib, şirkətin Azərbaycanda mövcud fəaliyyətinin daha da genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, şirkətin Xəzər dənizinin dibi ilə ölkəmizdən Qazaxıstan və Türkmənistan istiqamətlərində fiber-optik kabel magistralının tikintisində mümkün iştirakı da müzakirə edilib. Qeyd edək ki, gələcəkdə magistral vasitəsilə Türkmənistan üzərindən Əfqanıstanın da internetə çıxışı təmin edilə bilər.
Səfər çərçivəsində nazir Ramin Quluzadə “China Telecom” şirkətinin rəhbəri Yanq Jie ilə də görüşüb. Görüş zamanı sözügedən şirkətlə beynəlxalq telekommunikasiya sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb.
Bu xüsusda, “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinin qısa müddət ərzində icrası istiqamətində mümkün addımların atılmasının vacibliyi vurğulanıb.
Görüş zamanı layihə çərçivəsində Qazaxıstan istiqamətində Xəzəraltı fiber-optik kabel magistralının çəkilməsinin texniki həlli yolları, layihə üzrə iqtisadi əsaslandırmanın hazırlanması, o cümlədən Çin tərəfinin bu magistraldan gələcək istifadəsi üzrə tələbatların öyrənilməsinə dair məsələlər müzakirə edilib.
Eyni zamanda, şirkətin Azərbaycanla Türkmənistan arasında da dənizaltı fiber-optik kabel magistralının tikintisi ilə bağlı əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, bu sahədə daha detallı texniki və iqtisadi məsləhətləşmələrin aparılması məqsədilə “Huawei” və “China Telekom” şirkətlərinin rəhbərliyi Azərbaycana dəvət olunub.
Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası bu gün keçiriləcək.
Baxış sayı: 713
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet