12px13px15px17px
Tarix:06/03/19

Yeni avtorizə standartı parolları əvəzləyəcək

İnternet üçün texnoloji standartların hazırlanması və tətbiqi ilə məşğul olan "World Wide Web Consortium" (W3C) təşkilatı parolları əvəzləyəcək "WebAuthn" (Web Authentication) adlı avtorizə standartını təsdiq edib.   

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, texnologiyanın mahiyyəti ondan ibarətdir ki, bu və ya digər saytda hesaba daxil olmaq üçün istifadəçiyə xüsusi identifikasiya qurğusu lazımdır. Bu, həm fərdi komputerin "USB" çıxışına taxılan adi təhlükəsizlik açarı, həm də biometrik identifikasiyanı dəstəkləyən nisbətən mürəkkəb qurğu (məsələn, barmaq izi skanerinə malik smartfon) ola bilər. "WebAuthn" standartının əsas üstünlüyü yaddaqalmanı tələb edən parollarla müqayisədə daha etibarlı olmasındadır.

2018-ci ildə təqdim edilən "WebAuthn" standartı hazırda "Chrome", "Firefox", "Edge" və "Safari" brauzerləri tərəfindən dəstəklənir. Standartın rəsmən təsdiqinin onun sayt sahibləri tərəfindən tətbiqini sürətləndirəcəyi gözlənilir. Belə ki, artıq yeni standart "Dropbox" servisi və "Microsoft" korporasiyası tərəfindən tətbiq olunmağa başlayıb.  

Nizam Nuriyev





Baxış sayı: 542

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024