12px13px15px17px
Tarix:02/04/19

“HMD Global” şirkəti “X71” smartfonunu təqdim edib

“HMD Global” şirkəti Tayvanda “X71” smartfonunu təqdim edib.
 
Smartfon “Full HD+” (2316x1080 piksel) təsvir ölçülü 6,3 düymlük ekran, 16 meqapiksellik ön kamera, 48+8+5 MP-lik 3 qat əsas kamera, arxa paneldə barmaq izi skaneri ilə təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, aparat, həmçinin “Snapdragon 660” prosessoru, 6 QB-lıq əməli və 128 QB-lıq fləş yaddaş (“microSD” formatlı yaddaş kartı ilə 256 QB-dək artırıla bilər) ilə təchiz edilib. 3500 milliamper/saat tutumlu akkumulyator 18 vattlıq sürətli enerjidoldurma texnologiyasına malikdir.
 
2 ədəd SIM kart, 4G VoLTE, Wi-Fi (802.11 ac), Bluetooth 5, GPS + QLONASS texnologiyaları dəstəklənir, USB Type-C (USB 2.0) portu və 3,5 mm-lik qulaqlıqlar var. Smartfonun ölçüsü 157,19 x 76,45 x 7,98 mm, çəkisi isə 180 qr-dır. Smartfon “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir.
 
“Nokia X71” smartfonu qara rəngli korpusda əlçatandır və qiyməti 388 dollardır.
 
Emil Hüseynov



Baxış sayı: 612

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024