12px13px15px17px
Tarix:05/04/19

Alimlər insult keçirmiş insanların bərpası üçün əlcək hazırlayıblar

Corciya Texnologiya İnstitutunun və Stenford Universitetinin alimləri tərəfindən hazırlanmış əlcək insult keçirmiş insanlarda əllərin işləmək qabiliyyətini bərpa etmək qabiliyyətinə malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, alimlərin həlli vibrasiyanın təsirinə əsaslanır. Hər gün qurğu bir neçə saat ərzində pasiyentin biləyini azacıq stimullaşdırır ki, bu da sinir sonluqlarının oyanmasına, həssaslıq və hərəkətedici funksiyaların bərpasına imkan yaradır. "İdeya ondan ibarətdir ki, istifadəçilər gündəlik ev işlərini görərkən hər gün əlcəyi bir neçə saatlıq taxsınlar" – sözügedən həllin həmmüəlliflərindən biri, Corciya Texnologiya İnstitutunun tələbəsi Keytlin Seym deyib.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 15 milyon nəfər insult keçirir. Beyinin qan dövranının kəskin pozulması insan orqanizminə dağıdıcı təsir göstərir. İnsult keçirmiş bir çox insanlar danışmaq və sərbəst hərəkət etmək qabiliyyətini itirirlər.
 
Emil Hüseynov





Baxış sayı: 522

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024