12px13px15px17px
Tarix:09/04/19

“Microsoft” öz proqram təminatında aşkar edilmiş boşluqlar üçün 2 milyon dollar ödəniş edib

2018-ci ildə "Microsoft" öz məhsullarında aşkar edilmiş boşluqlara görə ümumilikdə 2 milyondan çox dollar ödəniş edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, istifadəçiləri "Microsoft"un proqram təminatında səhvləri axtarmağa daha çox təşviq etmək üçün şirkət ödənişləri sürətləndirib. İndi "Bug Bounty" iştirakçıları "PayPal" ödəmə sistemi vasitəsilə öz bonuslarını ala və onları dünyanın 30-dan çox ölkəsində bank hesablarına köçürə bilərlər.

 

Bundan başqa, hakerlər öz mükafatlarını kriptovalyuta şəklində də ala bilərlər.

 

"Microsoft", həmçinin hakerlər üçün mükafatların dəyərini artırır. Məsələn, "Windows Insider Preview" proqramında maksimum ödəniş 15-dən 50 min dollaradək artırılıb. "Microsoft Cloud" proqramında bonuslar 15-dən 20 min dollaradək artırılıb.

 

Emil Hüseynov





Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024