Smartfonların tez sıradan çıxmasına səbəb olan 8 geniş yayılmış istifadəçi səhvi açıqlanıb
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, cihazın heç vaxt söndürülməməsi onun vəziyyəti üçün çox təhlükəlidir. Gecə-gündüz rejimində işləmək akkumulyatorun işinə mənfi təsir göstərir, buna görə həftədə ən azı bir dəfə telefonu söndürmək lazımdır.
"Bluetooth" və "Wi-Fi" modulunu həmişə işlək vəziyyətdə saxlamaq, həmçinin, batareya üçün zərərlidir.
Telefonun enerjisi tam bitdikdən sonra onu 100%-dək enerji ilə doldurmaq zərərlidir.
"Belə olan akkumulyator tez bir şəkildə sıradan çıxacaq. Bu səbəbdən telefonu gecə vaxtı enerji ilə doldurmaq məsləhət görülmür və onu 95-97%-dək enerji ilə doldurmaq yaxşıdır" – materialda deyilir.
Həmçinin telefonun yaxşı vəziyyətdə saxlanılması üçün şaxtalı havada və ya istidə ondan istifadə etmək tövsiyə edilmir. Telefon su keçirməyən deyilsə, yağışlı havada onu cibə yerləşdirmək lazımdır.
Telefonun uzun müddət işləməsi üçün onu müntəzəm olaraq toz və çirkdən təmizləmək lazımdır, həmçinin kənar enerjidoldurma qurğusundan istifadə etmək lazım deyil.
Bundan başqa, bütün mobil tətbiq və "push" bildirişlər üçün geoməkan funksiyasının deaktiv edilməsi haqqında məsləhət verilir, çünki əks halda daimi məlumat mübadiləsi tələb olunur.
Emil Hüseynov
Baxış sayı: 476
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet