12px13px15px17px
Tarix:27/04/19

“OPPO A9” smartfonunun ekranı üst səthin 90,7 faizini əhatə edir

Çinin "OPPO" şirkəti orta səviyyəli "A9" smartfonunu rəsmən təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, gözləntilərin əksinə olaraq, yeni qurğu 48 meqapikselli kamera ilə təchiz edilməyib. Bunun əvəzinə isə əsas qoşa modul 16 və 2 milyon pikselli ötürücüləri özündə birləşdirib. On altı meqapikselli ön kamera ekranın yuxarı hissəsinə quraşdırılıb.

 

Üst səthin 90,7 faizini əhatə edən 6,53 düym diaqonallı ekran Full HD (2340 × 1080 piksel) təsvir ölçüsünə malikdir.

 

Bildirilir ki, smartfon 2,1 QHs takt tezlikli səkkiznüvəli "MediaTek Helio P70" prosessoru və "ARM Mali-G72 MP3" qrafik sürətləndiricisi ilə təchiz edilib.

 

Operativ yaddaş tutumu 6 giqabayt, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. 4020 milliamper/saat tutumlu akkumulyator batareyası qurğunu enerji ilə təmin edir.

 

Bundan başqa, "Android 9.0 Pie" əsasında "ColorOS 6" əməliyyat sistemi tətbiq edilib. Qiyməti 270 dollar təşkil edəcək "OPPO A9" smartfonu "Mica Green", "Ice Jade White" və "Fluorite Purple" rəng çalarlarında təklif olunur.

 

Nizam Nuriyev





Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024