Yaponiyada tarixdə ən böyük nadir torpaq metallar yatağı kəşf edilib
Geoloqlar Yaponiya sahillərində böyük nadir torpaq minerallar yatağı kəşf ediblər. İlkin hesablamalara görə, burada 16 milyon tona yaxın qiymətli metal mövcuddur.
“ICTnews” Elektron Xəbər Xidməti “Hightech.” resursuna istinadən yazır ki, nadir torpaq metalları skandium, ittrium, lantan və lantanoidlərin daxil olduğu 17 elementdən ibarət qrupdur. Nadir torpaq elementləri kimyəvi və fiziki xüsusiyyətlərinə görə bir-birinə çox bənzəyir ki, bu da onların atomlarının zahiri elektron səviyyələrinin eyni quruluşa malik olması ilə izah olunur. Onlar əksər elektron qurğularda, o cümlədən smartfon akkumulyatorlarında və avtomobillər üçün platalarda istifadə edilir.
Nadir torpaq metallar qrupuna aid elementlər yer qabığının müxtəlif qatlarında çox olsa da, onlar dağınıq haldadır. Hazırda bir neçə nadir torpaq metalların cəmləşdiyi iqtisadi zonanın mövcud olmasına baxmayaraq onların hamısı Çində yerləşir.
Tokionun 1 850 kilometrliyində yerləşən Minamitori adasında yeni yataqda bütün nadir torpaq metallarının yataqları var. Burada mövcud olan ittrium 780, disproziya 730, avropium 620, terbium 420 il dünya tələbatını ödəyə bilər.
Hazırda Yaponiya mütəxəssisləri nadir torpaq metalların hasilatı üzrə gələcək planlar üzərində çalışırlar.
Nizam Nuriyev
Baxış sayı: 955
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet