Gələcək “iPhone” smartfonlarında yeni barmaq izi skaneri sistemi tətbiq olunacaq
ABŞ Patent və Əmtəə Nişanları İdarəsi (USPTO) “Apple” şirkətinə mobil qurğular üçün biometrik identifikasiya vasitələrinə patent hüququ verib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, söhbət “iPhone” smartfonlarında adi “Touch ID” sensoru əvəzinə, istifadəsi planlaşdırılan yeni barmaq izi skaneri sistemindən gedir.
Məlumata görə, təklif edilən həll qurğunun ön panelini fərqli tərzdə vibrasiya etməyə məcbur edən xüsusi elektroakustik dəyişdiricilərin tətbiqini nəzərdə tutur. Bunun sayəsində smartfonun bütün üst tərəfi daktiloskopik skaner funksiyasını yerinə yetirə biləcək.
Beləliklə, “Apple” yeni “iPhone” modellərini tam çərçivəsiz displeylə təchiz etmək imkanı əldə edəcək – ekran altında ənənəvi “Touch ID” sensoru üçün yerin ayrılmasına ehtiyac qalmayacaq.
Patent üçün müraciət 2016-cı ilin sentyabrında edilib, texnologiya isə aprelin 30-da qeydiyyata alınıb. Yeni texnologiyanın kommersiya qurğularında nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.
Nizam Nuriyev
Baxış sayı: 581
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet