12px13px15px17px
Tarix:22/05/19

“Honor 20” və “Honor 20 Pro” modelləri rəsmən təqdim edilib

“Huawei” şirkəti Londonda “Honor 20” smartfonlarının yeni istehsal xəttini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, sözügedən istehsal xəttinin əsas aparatı “Honor 20 Pro” qabaqcıl smartfonudur. Qurğu “Cortex-A76” səkkiz nüvəli 7 nanometrlik “Kirin 980” prosessoru, həmçinin 8 QB əməli yaddaşla təchiz edilib. Smartfonun daxili yaddaşı 256 QB-dır. Aparata, həmçinin 22,5 vatlıq sürətli enerjidoldurma texnologiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb.

 

Qabaqcıl smartfon 4 datçikdən (biri 48 meqapiksellik “Sony IMX586”) ibarət əsas kamera ilə təchiz edilib. İkinci datçik geniş bucaqlı obyektivə və 16 meqapiksellik, üçüncü isə teleobyektiv və 8 meqapiksellik təsvir ölçüsünə malikdir, dördüncü datçik makro çəkiliş üçün nəzərdə tutulub və onun təsvir ölçüsü 2 meqapiksel təşkil edir.

 

“Honor 20” modelində eyni modullardır, yalnız teleobyektivi səhnənin dərinliyinin təhlili üçün datçik əvəz edib. Hər iki modeldə ön kameranın təsvir ölçüsü 32 meqapikseldir.

 

Hər iki qurğunun displeyinin diaqonalı 6,26 düym təşkil edir. Barmaq izi skaneri smartfonun sağ hissəsində yerləşdirilib.

 

Hər iki aparat “Android 9 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. “Honor 20 Pro” smartfonu “Phantom Blue” və “Phantom Black”, “Honor 20” isə “Sapphire Blue”, “Midnight Black” və “Icelandic White” rənglərində əlçatan olacaq.

 

Emil Hüseynov





Baxış sayı: 565

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024