12px13px15px17px
Tarix:27/05/19

“Huawei” şirkətinə “SD” kartlarından istifadə qadağan olunub

“Secure Digital Memory Card” (SD) məhsulları üçün standartlara nəzarəti həyata keçirən “The SD Association” Assosiasiyası Çinin “Huawei” şirkətini öz sıralarından xaric edib. Assosiasiyanın qərarına görə, şirkət “SD” tipli yaddaş kartlarını dəstəkləyən qurğuları istehsal etmək hüququndan məhrum edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, assosiasiya nümayəndələrinin sözlərinə görə, təşkilat sıralarından xaric edilməyə səbəb kimi ABŞ-ın Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyalar qeyd olunur. “9to5Google” nəşrinin məlumatına görə, bu, “Huawei” üçün böyük zərbə ola bilər.

 

Öz növbəsində “Huawei” şirkətinin nümayəndələri qeyd edib ki, yeni qadağa artıq buraxılmış smartfonlara şamil edilməyəcək. Bununla yanaşı, şirkət tədricən qurğularda “SD” kartlarından istifadədən yayınaraq bunun əvəzinə “nano-SIM” ilə müqayisə edilən “NanoMemory” formatına keçməyi planlaşdırır.

 

Bir müddət əvvəl Çin Dövlət Əqli Mülkiyyət İşləri İdarəsi “Huawei Hongmeng” əmtəə nişanını qeydiyyata alıb. Məhsulun adı əməliyyat sistemləri üçün də istifadə olunacaq ki, bu da Çin istehsalçısının əməliyyat sisteminin adı ilə bağlı yayılan məlumatları təsdiq edir.

 

Nizam Nuriyev





Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024