12px13px15px17px
Tarix:30/05/19

“Microsoft” ekoloji təmiz məlumat emalı mərkəzləri yaradacaq

“Microsoft” korporasiyası tarixdə ilk dəfə ekoloji baxımdan ən təmiz məlumat emalı mərkəzlərinin tikintisinə başlayacaq. İsveçdə inşa ediləcək iki obyekt bərpa olunan enerji mənbələri ilə işləyəcək və gələcəkdə tullantısız texnologiyalardan istifadə edəcək.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, yeni mərkəzlər üçün enerjini Niderlandda “Wieringermeer Polder” külək generatorlarının hasil etdiyi enerjini ABŞ korporasiyasına satan “Vattenfall” şirkəti tədarük edəcək.

 

Həmçinin “Microsoft” və “Vattenfall” karbon dioksidi (CO2) tullantılarına bərabər faktiki tullantıların sıfıradək azaldılmasını nəzərdə tutan layihə çərçivəsində əməkdaşlıq edəcək.

 

“Microsoft” bloqunda qeyd olunur ki, korporasiya 2012-ci ildən üzvi yanacaqlarsız gələcəyi dəstəkləyir və karbon tullantılarının azaldılması üzərində çalışır. Proqram təminatı nəhəngi çalışır ki, “Microsoft” məlumat emalı mərkəzləri 2023-cü ilədək enerjinin 70 faizini bərpa edilən enerji mənbələrindən alsın. Son nəticədə korporasiya 100 faizlik göstəriciyə nail olmağı planlaşdırır.

 

Nizam Nuriyev





Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024