“MediaTek” şirkəti smartfonlar üçün qabaqcıl “5G” prosessor təqdim edib
“MediaTek” şirkəti “Computex 2019” sərgisində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən yeni prosessor təqdim edib. Yeddi nanometrlik texnoloji proses üzrə hazırlanan çipə süni intellektlə iş üçün qabaqcıl APU 3.0 prosessoru daxildir. Bundan başqa bu, ən yeni nüvələrə və “ARM” videogücləndiricisinə malik ilk həldir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, çoxrejimli birkristallı sistem şəklində olan yeni prosessor 6 QHs takt tezliyində işləməyə imkan verən “Helio M70” 5G modemi, “ARM Cortex-A77” nüvəsi və “Mali-G77” qrafik sürətləndiricisi ilə təchiz edilib. Həmçinin prosessor təsvirin yenilənmə tezliyi saniyədə 60 kadr təşkil edən “4K” formatlı videonu və 80 meqapikselli kameraları dəstəkləyir.
Takt tezlikləri, nüvələrin sayı və digər texniki xüsusiyyətlər açıqlanmır. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni modem məlumatları 4,7 Qbit/saniyə sürətində yükləyir, maksimal ötürmə sürəti 2,5 Qbit/saniyə təşkil edir. Bundan başqa intellektual enerjiyə qənaətcil funksiyalar modemin enerji səmərəliliyini 50 faiz artırmaqla avtonom iş vaxtını çoxaldır.
Yeni prosessorun buraxılış müddəti və onunla təchiz ediləcək ilk qurğular barədə məlumat verilmir.
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.
Nizam Nuriyev
Baxış sayı: 591
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet