12px13px15px17px
Tarix:30/05/19

48 meqapiksellik üçqat kamera ilə təchiz edilmiş “Meizu 16Xs” smartfonu təqdim olunub

Çinin “Meizu” şirkəti bu gün Çində “Meizu 16Xs” ucuz modelini təqdim edib. Smartfon 48 meqapiksellik “Samsung ISOCELL Bright GM1” sensoruna malik üçqat kamera ilə təchiz edilib və barmaq izi skaneri birbaşa ekrana quraşdırılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “Meizu 16Xs” smartfonu 6,2 düymlük “Full HD ” (1080x2232 piksel) təsvir ölçülü “AMOLED” ekran, 48 8 5 meqapiksellik əsas üçqat kamera, 16 meqapiksellik ön kamera, 18 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Bundan başqa, aparat “Snapdragon 675” səkkiznüvəli prosessora, 6 QB-lıq əməli yaddaş və 64/128 QB-lıq daxili fləş yaddaşa malikdir.

 

Smartfon “Flyme OS 7” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. 2 ədəd SİM-kart, “4G VoLTE”, “Wi-Fi” (802.11 ac), “Bluetooth 5”, “GPS” dəstəklənir, “USB Type-C” portu var. Smartfonun çəkisi 165 qr-dır.

 

Emil Hüseynov





Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024