“Huawei” irəli-geri çəkilən kameraya malik ilk smartfonunu təqdim edib
“Huawei”nin çeşidində irəli-geri çəkilən kamera ilə təchiz edilmiş ilk smartfon əlçatan olub. Yeni model “Huawei P Smart Z” adlandırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 16 meqapiksellik irəli-geri çəkilən ön kamera ekrandakı kəsiklərdən imtina etməyə və eyni zamanda qurğunun ön hissəsindən maksimum dərəcədə istifadə etməyə imkan verib. İstifadəçi ön kameranı aktivləşdirdikdə o, bir saniyədə korpusdan irəliyə doğru hərəkət edir.
İstehsalçıların sözlərinə görə, ön kameranın konstruksiyası ən azı 100 min dəfə işlənilməyə hesablanıb ki, bu da 2,7 il üçün kifayətdir.
“Huawei P Smart Z” aparatı 12 nanometrlik texnologiya üzrə hazırlanmış “Kirin 710F” prosessoru ilə təchiz edilib.
6,59 düymlük ekranın təsvir ölçüsü 2340 x 1080 piksel təşkil edir. 4000 milliamper/saat tutumunda akkumulyator vasitəsilə enerji toplayan smartfon LTE şəbəkəsində internetdən aktiv istifadə vaxtı 14 saatadək şarjsız işləmək qabiliyyətinə malikdir.
“Huawei P Smart Z” smartfonu 10 iyun 2019-cu il tarixində satışa çıxarılacaq.
Emil Hüseynov
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet