12px13px15px17px
Tarix:19/06/19

Kommersiya məqsədli yeni superkompüter təqdim edilib

“IBM” şirkəti “Total” enerji nəhəngi üçün kommersiya məqsədli “Pangea III” superkompüterini hazırlayıb. Bu barədə “IBM” şirkətinin rəsmi saytında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, məlumata görə, “Pangea III” superkompüterinin əlavə hesablama gücü “Total”ın əməliyyat effektivliyini artıracaq ki, bu da yataqların kəşfiyyatı və işlənməsində geoloji riskləri minimuma endirməyə, prosesləri optimallaşdırmaqla layihələrin həyata keçirilmə müddətini sürətləndirməyə və ümumi xərcləri azaltmağa imkan verəcək.

 

“IBM” superkompüteri yataqların işlənmə tarixçəsini inteqrasiya etməyə və gələcək hasilatı proqnozlaşdırmağa imkan verən məlumatların modelləşdirilməsi üzrə qabaqcıl metodlar əsasında işləyir. “Pangea III” qurğusu “Total” şirkətinə resursların həcmini və potensial gəliri daha dəqiq qiymətləndirməyə kömək edəcək. Bundan başqa, yenilənmiş sistem əvvəlki ilə müqayisədə hər petaflop üçün 10 faiz az enerji sərf edəcək.

 

“Pangea III” superkompüteri yüksək ayırdetmə dəqiqliyinə malik seysmik təsvirlərin emalı və yeraltı karbohidrogen yataqlarının lokallaşdırılması üçün tətbiq ediləcək. Bu, məsələn, Braziliya, Anqola, Meksika körfəzi və Şərqi Aralıq dənizində torpaq təbəqəsinin dəqiq məlumatın əldə olunmasını çətinləşdirən mürəkkəb geoloji şəraitdə iş üçün daha aktual olacaq.

 

Nizam Nuriyev





Baxış sayı: 647

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024